525.Az

Qaya 9 yaşlı oğlanın üstünə uçdu


 

Qaya 9 yaşlı oğlanın üstünə uçdu<b style="color:red"></b> Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, aprelin 27-də Goranboy rayonunun Ağcakənd kəndi ərazisindəki qayadan qopub düşən daş parçası kənd sakini 2004-cü il təvəllüdlü Qafarov Səxavəddin Saməddin oğlunun başına düşüb.
                                
Xəsarət almış S.Qafarov xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





29.04.2013    çap et  çap et