525.Az

Kulis.az 6 yaşında


 

Kulis.az 6 yaşında<b style="color:red"></b> Bu gün “APA Holding”ə daxil olan Kulis.az internet jurnalının 6 yaşı tamam olur.
 
Kulis.az "Lent.az" İnformasiya Agentliyinin mədəniyyət layihəsi kimi 2011-ci ilin aprel ayının 4-dən fəaliyyət göstərir.
 
İnternet-jurnal milli və bəşəri mədəni prosesin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim edir.
 
Dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir. Oxucular burda eyni zamanda Azərbaycanda, eləcədə dünyada gedən mədəni proseslər, ədəbiyyat hadisələri, kinoda, teatrda baş verən yeniliklərlə tanış ola bilirlər.
 
Elektron dərgidə vaxtaşırı Azərbaycanın tanınmış yazıçıları, mədəniyyət və incəsənət adamları ilə müsahibələr dərc edilir.
 
Dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.
 





04.04.2017    çap et  çap et