525.Az

"Çimərlik turizminin inkişafını təklif edəndə məni lağa qoyurdular"


 

"Çimərlik turizminin inkişafını təklif edəndə məni lağa qoyurdular"<b style="color:red"></b>

"Azərbaycanda "Turizm haqqında" qanun layihəsi qəbul edildikdən sonra bu sahədə ciddi dəyişiklik gözlənilir".

Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli jurnalistlərə açıqlamasında bildirib.

H.Rəcəbli deyib ki, Azərbaycanda turizim sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil:

"Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizim sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb".

Ölkə başçısının Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı qərarına da toxunan komitə sədri bu sahədə görülən işlərin təqdirəlayiq addım olduğunu söyləyib:
 
"Prezident İlham Əliyevin çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı 30 mart tarixində qəbul etdiyi fərman var. Əgər yadınıza gəlirsə, vaxtilə mən çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə məni lağa qoyurdular. Ancaq indi görürsünüz, cənab prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı icra hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və s. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir".

KAMİL

 





05.04.2017    çap et  çap et