525.Az

Gülər Əhmədovanın vəkili hüquq-mühafizə orqanlarına müraciət etdi


 

Gülər Əhmədovanın vəkili hüquq-mühafizə orqanlarına müraciət etdi<b style="color:red"></b>

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov, daxili işlər, ədliyyə nazirlərinə, Bakı şəhər prokuroru Əziz Seyidova, ombudsman Elmira Süleymanovaya, Heydər Əliyev Fonduna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib.

Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, müraciətdə G. Əhmədovanın əsassız olaraq həbsdə saxlanılması və istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması qeyd olunub.
 
Ə. Talıbov eyni zamanda F. Ələsgərova, baş prokuror Zakir Qaralova və Bakı şəhər prokuroru Əziz Seyidova müraciət edərək, onu qəbul etmələrini xahiş etdiyini də bildirib: “Hər üç şəxsə teleqrama vurmuşam. Xahiş etmişəm ki, məni qəbul etsinlər, şikayətlərimizi dinləsinlər”.

 





29.04.2013    çap et  çap et