525.Az

Çinli mühəndis robot qadın yaradaraq onunla evləndi


 

Çinli mühəndis robot qadın yaradaraq onunla evləndi<b style="color:red"></b> Süni intellekt sahəsində çalışan mühəndis, çinli Zheng Jiajia özü və robot həyat yoldaşı arasında qeyri-rəsmi nikah mərasimi təşkil edib.
 
İKT.lent.az-ın “Mashable” saytına istinadən verdiyi məlumata görə, Z. Jiajia robotu özü düzəldib. Robot sadə cümlələrlə fikirlərini çatdıra bilir. O, Çin heroqliflərini də tanıyır. 
 
Zheng Jiajia 3 il “Huawei” şirkətində çalışıb və orada süni intellekt və robot texnikası bölməsinə başçılıq edib. Hazırda o, özünün şəxsi “Brain of Things” startapında çalışır. Şirkətin mətbuat katibi isə onun robot həyat yoldaşıdır...
 





06.04.2017    çap et  çap et