525.Az

Sürücülərin nəzərinə


 

Sürücülərin nəzərinə<b style="color:red"></b> Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turu ilə əlaqədar məlumat yayıb.
 
BDYPİ-dən Lent.az-a verilən məlumata görə, mayın 1-dən 5-dək Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turu keçiriləcək.

Velosiped turu may ayının 1-də Heydər Əliyev mərkəzinin qarşısında start götürəcək,  Heydər Əliyev mərkəzi – metronun “Koroğlu” stansiyası - Heydər Əliyev mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq. Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçiriləcək. Üçüncü mərhələ mayın 3-də “Qəbələ - Oğuz – Şəki – Oğuz- Qəbələ”, dördüncü mərhələ mayın 4-də “Qəbələ - Şamaxı”, beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq. Bununla əlaqədar qeyd olunan vaxtlarda tədbirin keçiriləcəyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
 





29.04.2013    çap et  çap et