525.Az

Bakıya gəlmiş əcnəbi velosipedçi xəstəxanalıq oldu


 

Bakıya gəlmiş əcnəbi velosipedçi xəstəxanalıq oldu<b style="color:red"></b> Mayın 1-5-də Azərbaycanda keçiriləcək beynəlxalq velosiped yarışında iştirak etmək üçün Bakıya gəlmiş velosipedçilərdən biri ağır xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib. Salyan şossesində paytaxt sakini 1994-cü il təvəllüdlü Əliyev Hüseyn Fuad oğlu “Mercedes” markalı avtomobili idarə edərkən qəza şəraiti yaradıb. Bu zaman yolun kənarında qrup formasında velosiped sürən əcnəbi idmançılar qəzadan yayınmağa çalışıblar. Onların arasında olan Rusiya Federasiyası vətəndaşı, 1989-cu ildə Bryansk şəhərində doğulmuş Poznyakov Kirill isə velosipeddən yıxılıb. 24 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.
 
Faktla əlaqədar araşdırmalar başlanılıb. Səbail rayon Polis İdarəsindən faktı Lent.az-a təsdiqləyiblər
 





29.04.2013    çap et  çap et