525.Az

Avstriya-Azərbaycan Turizm Proqramının 10 illiyi qeyd edildi


 

Avstriya-Azərbaycan Turizm Proqramının 10 illiyi qeyd edildi<b style="color:red"></b> "Azərbaycan - Avstriya Turizm Proqramı"nın 10 illik yubileyi münasibətilə "Azərbaycan - Avstriya Turizm Proqramı. Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib.
 
APA-nın xəbərinə görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, təhsil naziri Mikayıl Cabbarov, rektorlar və digər şəxslər iştirak edib.
 
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektor səlahiyyətlərini icra edən dosent Eldar Aslanov bildirib ki, ölkənin təhsil tarixində ilk dəfə ATMU ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildə əldə olunmuş razılığa əsasən Avstriya - Azərbaycan Turizm Proqramı (AATP) 10 il ərzində uğurla davam edir. E. Aslanov qeyd edib ki, proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla, 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb.
 
Nazir Ə. Qarayev deyib ki, ikili diplomları əldə edənlər rahatlıqla dünyanın müxtəlif ölkələrində özlərinə iş tapa bilərlər.
 
Konfransda təhsil naziri Mikayıl Cabbarov, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyler və tələbələr məruzə ilə çıxış ediblər.
 





07.04.2017    çap et  çap et