525.Az

Azərbaycanda deputatın bank hesabından oğurluq olub


 

Azərbaycanda deputatın bank hesabından oğurluq olub<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin üzvü Çingiz Qənizadənin bank hesabından pul oğurlanıb.

APA-nın məlumatına görə, bu barədə parlamentin bu gün keçirilən iclasında deputat məlumat verib. Onun sözlərinə görə, xaricdə səfərdə olan zaman bank hesabından iki dəfədə 100 və 150 manat pul çıxarılıb.
 
Deputat bu barədə telefonuna gələn sms vasitəsilə xəbər tutduğunu bildirib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin adamı tapdılar. O evində oturub kompüter vasitəsi ilə bu işlə məşğul olurmuş. Amma bu barədə qanunvericilikdə boşluq olduğundan, bu məsələni araşdırmaq, həmin şəxsi məsuliyyətə cəlb etmək prokurorluq orqanları üçün xeyli çətin oldu”.

 





30.04.2013    çap et  çap et