525.Az

Xan Şuşinskinin virtual muzeyi təqdimat olundu


 

Xan Şuşinskinin virtual muzeyi təqdimat  olundu<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində dahi muğam ustadı Xan Şuşinskinin virtual muzeyinin - memorial saytının (Khanshushuniski.az)  təqdimat  mərasimi keçirilib. 

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilatçılığı ilə yaradılan sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir. Tədbiri giriş sözü ilə açan musiqişünas Səadət Təhmirazqızı Xan Şuşinski yaradıcılığının ən mühüm məqamlarına toxunub, onun milli musiqimiz olan muğamın zirvəsini fəth etdiyini, dünyasını dəyişməsindən illər ötməsinə baxmayaraq hələ də xalqın yaddaşında, xatirələrində sevgi ilə anıldığını deyib. Sonra Virtual muzey qonaqlara təqdim edilib. Onlar əvvəlcə virtual muzeydə muğam ustasının həyat və yaradıcılığı, fotoşəkilləri, audio, video yazıları, həmçinin bir çox xanəndələr haqqında məlumatlarla tanış olublar. Tədbirdə çıxış edən professor, layihənin icraçısı Tariyel Məmmədov  bu layihənin həm Xan Şuşinski kimi dahi şəxsiyyətin bütün həyat və yaradıcılığının, ümumilikdə Azərbaycan milli musiqisininin dünyaya çatdırlmasında atılan uğurlu bir addım olduğunu vurğulayıb.  

Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, virtual muzey dizaynı və materialları ilə birlikdə ensiklopediyanı xatırladır. Nazir müavini muzeyin üç dildə fəaliyyət göstərməsini diqqətə çatdıraraq virtual  muzeyin müxtəlif ölkələrdə rahat  istifadə ediləcəyini söyləyib: “ “Xan Şuşinski Fondu” dan bizə belə bir müraciətin olunması, bizim üçün böyük bir şərəf oldu və bu layihəni məmnuniyyətlə dəstəklədik. Bu gün təqdimatına yığışdığımız bu layihə əslində zəngin bir mənbədir.  Burda təkcə audio, video materiallar deyil, kitablar, xatirələr toplanıb. Nə qədər ki,  Azərbaycan xalqı var, və bizlər bunları yaşadırıq Azərbaycan dövləti, mədəniyyəti gündən günə inkişaf edcək”. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən milli musiqi siyasətinin həm virtual, həm real dünyada uğurla davam etdirilməsi Azərbaycanın dünyaya inteqrasiyasının göstəricisi olduğunu deyib:“Hər bir xalqı tanımaq üçün onun ilk növbədə mədəniyyətini tanımaq, bilmək lazımdır.  Bu baxımdan Azərbaycan mədəniyəti o qədər zəngin və rəngarəngdir ki, biz onu dünyaya hələ istədiyimiz kimi bəyan etməmişik. Bu gün ölkə  rəhbərliyinin, “Heydər Əliyev Fondu” nun zəhməti nəticəsində biz bu siyasəti uğurla həyata keçirdirik və bu istiqamətdə belə bir layihələrin həyata keçirilməsinin Azərbaycan mədəniyyətinin dünyaya intiqrasiyasında vacib mükəmməl addım  saymaq olar”.   

 Dahi sənətkarın oğlu Aslan Cavanşirov Azərbaycanın beynəlxalq səviyyədə tanındığı və ermənilərin milli-mədəniyyətimizi mənimsədiyi dövrdə belə bir virtual muzeyin yaradılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Sənətkarın qızı “Xan Şuşinski Fondu” nun rəhbəri Bəyimxanım Verdiyeva layihənin həyata keçirləməsində əməyi keçən bütün insanlara öz minnətdarlığını bildirb. 

Təqdimat konsert proqramı ilə davam edib.  Qonaqlar  Fikrət Verdiyevin rəhbərlik etdiyi ansamblın  müşaiəti ilə xanəndələr Sevinc Sarıyeva, Zakir Əliyev, Xalq artisti Nəzakət Teymurova və başqalarının ifasında Xan Şuşinskinin bəstələdiyi mahnıları dinləyiblər.

GÜNEL

 





30.04.2013    çap et  çap et