525.Az

ADNA terrorunun anılmasıyla ilə bağlı Bakıda aksiyaya cəhd olub


 

ADNA terrorunun anılmasıyla  ilə bağlı Bakıda aksiyaya cəhd olub<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş verən terror hadisəsinin 4-cü ildönümü ilə bağlı Bakıda aksiya keçirməyə cəhd edilib.
 
APA-nın xəbərinə görə, bir qrup gənc Nizami Kino Mərkəzinin qarşısından “Sahil” bağına doğru hərəkət edib. Onlar müxtəlif şüarlar səsləndiriblər.
 
Polis Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısını alıb.
 
Saxlanılanların olduğu bildirilir.
 





30.04.2013    çap et  çap et