525.Az

Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin açılışı olub


 

Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin açılışı olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının  Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin layihəsi əsasında keçirilən “Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqə” sinin açılışına həsr olunan mətbuat kofransı keçirilib. 

Konfransı layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov açıb. O vaxtilə Ümumimilli lider Heydər Əliyevin ana dilimizin saflığının qorunması və inkişafı yolunda müdrik addımlar atdığını və dilimizin inkişaf tarixini ən böyük nəaliyyətlərə çatdırdığını vurğulayıb. T. Novruzov onu da qeyd edib ki, bu müsabiqənin keçirilməsində əsas məqsəd  Azərbaycan gənclərinin diqqətini dilimizin saflığına, onun gözəlliyinə yönəltmək məqsədi daşıyır: “Bütün respublikanı əhatə edən “Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsi” nin keçirilməsini məqsədəuyğun hesab etdik və bu məqsədlə hazırladığımız layihəni Azərbaycan Respublikasının  Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdik. Şura problemin mühümlüyünü qəbul edərək layihəni müsbət qiymətləndirdi”. Bu gün televiziya, radio məkanlarında dilimizə xələl gətirilən nüansların olduğunu da diqqətə çatdıran T. Novruzov bu yalnışları gələcəyə daşımamaq istiqamətində bu addımın uğurlu olacağına əminliyini bildirib. Layihənin əməkdaşı Ruhiyyə Əliyeva müsabiqənin keçirilmə qaydaları haqqında  eləcə də qrafiq haqqında ictimaiyyətə geniş məlumat verib. Konfransada çıxış edən şair Abbas Abdulla, qiraət ustası Nadir Hüseynov, Xalq artisti Məleykə Əsədova və başqaları belə bir layihənin həyata keçirilməsinin əhəmiyyətli olduğunu və müsabiqənin gəncliyə, gələcəyə müsbət nəticələr verəcəyini qeyd ediblər.

Qeyd edək ki, 3 turdan ibarət olan  müsabiqədə seçimlər Bakıda, Gəncəda, Bərdədə, Lənkəranda, Sabirabadda, Şəkidə və Qubada həyata keçiriləcək və müsabiqədə iştiraki etmək istəyənlər qrafiq üzrə turun keçirildiyi istənilən məkanda müraciət edə bilərlər. İştirakçılar üçün yaş məhdudiyyəti yoxdur. Müraciətlər may ayının 1-dən başlayaraq, sentyabr ayının 21- nə kimi qəbul olunacaq. Seçimlərdən sonra müsabiqənin yekun mərhələləri  televiziya vasitəsilə canlı yayımlanacaq. Müsabiqənin münsiflər heyətinin üzvləri:  Filologiya elmləri doktoru, professor Nizami Xuduyev, Xalq şairi Nəriman Həsənzadə, əməkdar artist Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti Məleykə Əsədova, dramaturq Əlfayım Əziz, Azərbaycan Respublikasının  Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Dilarə Vəliyeva, qiraət ustası Nadir Hüseynov və bədiyyə üzrə Respublika Müsabiqəsinin qalibi Namiq Məna.

GÜNEL

 





30.04.2013    çap et  çap et