525.Az

Təhsil Nazirliyi xaricdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib


 

Təhsil Nazirliyi xaricdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib<b style="color:red"></b>

Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrə müraciət edib.

525.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə xaricdə təhsil alan tələbələrdən onlara çatacaq vəsaitlərin vaxtlı-vaxtında ödənilməməsi, süründürməçilik və ödənişlə bağlı üzləşdikləri digər problemlərlə əlaqədar məlumatı [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Qeyd olunub ki, bütün bu məsələlər nazirin şəxsi nəzarətindədir. Ötən həftənin ortalarında təhsil naziri tərəfindən imzalanmış ilk sənədlərdən biri xaricdə təhsil alan tələbələrin vəsaitlərinin ödənilməsinə dair olub. Hazırda nazirlik tərəfindən xaricdə təhsillə bağlı növbəti sənəd qəbulunun nə vaxt aparılacağı və yeni prioritet istiqamətlərin nədən ibarət olacağı istiqamətində iş aparılır.

Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olanların sayı 500-ə yaxındır. Bu günədək məzun olduğu haqda rəsmi sənədi nazirliyə 448 nəfər təqdim edib: “Amma təəssüflər olsun ki, bu vaxtadək məzunların neçəsinin işlə təminatı barədə statistika aparılmayıb. Hazırda beynəlxalq təcrübəyə əsaslanaraq həm xarici dövlətlərin, həm də yerli ali təhsil müəssisələrinin məzunlarının statistikasının aparılması, təhsilin keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi, bunun əsasında əmək bazarında mövcud olan və gələcəkdə yaranacaq ixtisas prioritetlərinin müəyyənləşdirilməsi, karyera mərkəzlərinin yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulub.

 





30.04.2013    çap et  çap et