525.Az

Bakı şəhər Prokurorluğunda konfrans keçirilib (Foto)


 

Bakı şəhər Prokurorluğunda konfrans keçirilib<b style="color:red"> (Foto)</b> Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Bakı şəhər prokurorluğunda elmi-praktik konfrans keçirilib.

Baş Prokurorluqdan 525.az-a verilən məlumata görə konfrans iştirakçıları əvvəlcə Bakı Şəhər Prokurorluğunun binasındakı Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyub.
 
Tədbirdə əvvəlcə Bakı şəhər prokuroru Əziz Seyidov çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi kollektiv Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaq, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracaq.
 
Konfransda Milli Məclisin deputatı, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda, Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərova isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edib. G.Əkbərova çıxışında banisi ulu öndər olan dövlət gənclər siyasətinin əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlərə əsaslanaraq müstəqillik, dövlətçilik, azadlıq və onun qorunması uğrunda mübariz ruhlu vətənpərvər, intellektual səviyyəli, potensial gənc nəslin yetişdirilməsindən ibarət olmasından,  Heydər Əliyevin gənc kadrlara göstərdiyi diqqət və qayğısından, gənclərə olan etimadından, gənclərin xidmətinin həmişə layiqincə qiymətləndirməsindən bəhs edib.
 
Tədbirdə Nizami rayon prokuroru Akşin Ziyadov və digərləri də çıxış ediblər.
 





30.04.2013    çap et  çap et