525.Az

Xalq yazıçısı Anarın Avstriyada kitabı nəşr edilib


 

Xalq yazıçısı Anarın Avstriyada kitabı nəşr edilib<b style="color:red"></b>

Avstriyanın paytaxtı Vyanada RRV Renata Rolfink nəşriyyatı Anarın kitabını buraxıb.

“Azərbaycandan hekayələr” adlanan kitaba yazıçının “O gecənin səhəri”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı” hekayələri və “Dantenin yubileyi” povesti daxil edilib. Kitabı alman dilinə Liliana Qrimm çevirmişdir. Kitabda oxuculara Anar haqqında bioqrafik məlumatlar çatdırılır, daha əvvəllər Almaniyada və İsveçrədə alman dilində “Beş mərtəbəli evin altıncı mərtəbəsi romanının nəşr edilməsi xatırlanır. Giriş sözündə Lilian Qrimm kitabın ərsəyə gəlməsində yardım və məsləhətlərinə görə azərbaycanlı dostlarından Məhəmməd Osmanova, Sevinc Fərzəliyevaya, Aytən Mirsalamlıya təşəkkürünü bildirir.

 





30.04.2013    çap et  çap et