525.Az

"Şopinq Festivalı turistləri Azərbaycana gəlməyə həvəsləndirəcək"


 

"Şopinq Festivalı turistləri Azərbaycana gəlməyə həvəsləndirəcək"<b style="color:red"></b>

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda başlanan Şopinq Festivalını “yaxşı və uğurlu təşəbbüs” adlandırıb.

Onun sözlərinə görə, Avrovizion, Birinci Avropa Oyunları, Formula-1 və bu yaxınlarda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq mədəni, idman tədbirləri Bakını daha da məşhurlaşdırıb: “Bakı beynəlmiləl bir şəhərdir. Coğrafi mövqeyi, iqlimi, infrastrukturu, mətbəxi və insanlarının qonaqpərvərliyinə görə Bakı son illər daha cəlbedici bir şəhərə çevrilib”.

Səfir qeyd edib ki, ümumiyyətlə, turistlər alış-veriş etməyi xoşlayırlar. Hətta onların bir çoxu hər hansı ölkəyə məhz elə şopinq məqsədilə səfər edirlər: “Buna görə də, əgər festival uzunmüddətli və davamlı olsa, xaricdə də yaxşı təbliğ edilsə, bu əlbəttə ki, turistləri Azərbaycana səfər etməyə sövq edəcək”.

Səfirin fikrincə, bununla yanaşı festivalın miqyasının daha genişləndirilməsi xarici şirkətlər də cəlb oluna, xarici aviaşirkətlərin imkanlarından istifadə etməklə turistlərə Bakı Şopinq Festivalında iştirak üçün xüsusi paketlər təklif edilə bilər.

Məhəmməd Adil Embarş Bakı Şopinq Festivalının uğurla keçəcəyinə əmin olduğunu qeyd edib.

 





12.04.2017    çap et  çap et