525.Az

Dünyanın ən yaxşı avtomobili elan olundu


 

Dünyanın ən yaxşı avtomobili elan olundu<b style="color:red"></b> Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.
 
Bu model « Audi Q5» və «Volkswagen Tiguan» avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.
 
Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.
 





13.04.2017    çap et  çap et