525.Az

Bakıda yeni piyada keçidinin inşasına başlanılıb


 

Bakıda yeni piyada keçidinin inşasına başlanılıb<b style="color:red"></b> Bakının Binəqədi rayonunda 179 saylı orta məktəbin qarşısında yeni piyada keçidinin tikintisinə başlanılıb.
 
Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, keçidin qapalı boyu 52,4 metr, eni 4,5 metr, hündürlüyü isə 3,3 metr olacaq. Ərazidə mühəndis kommunikasiya qurğuları – rabitə və su xətləri yerləşdiyi üçün aidiyyəti qurumlara müraciət olunub: «35 metr məsafədə qazıntı işləri həyata keçirilib. Yaxın günlərdə beton işlərinə start veriləcək. Tikinti işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulub».
 





01.05.2013    çap et  çap et