“Eurovision 2011” qalibi Eldar Qasımovun İnstaqram səhifəsindəki paylaşımlar hər kəsi təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, bu gün səhər saatlarından müğənninin səhifəsində ermənilərlə bağlı paylaşımlar edilməyə başlanılıb.
Erməni hakkerləri tərəfindən oğurlanan səhifədə erməni terrorçusu Monte Melkonyanın fotosu və Ermənistan bayrağı paylaşılıb. Paylaşımlara “Yaşasın Ermənistan” sözləri yazılıb.
Eldarın 20 minlik səhifəsinin profil fotosu da dəyişdirilərək, erməni bayrağı və terrorçunun şəkli ilə əvəzlənib.