525.Az

Dünən havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub


 

Dünən havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub<b style="color:red"></b>

 Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
 
Onun sözlərinə görə, cənubdan daxil olan isti hava kütlələrinin nəticəsində ölkə ərazisində hava şəraiti mülayim və isti keçir. Bu proses yaxın 3 gün ərzində də davam edəcək.

 





01.05.2013    çap et  çap et