525.Az

Bakıda avtobusda qadına qarşı cinayət


 

Bakıda avtobusda qadına qarşı cinayət<b style="color:red"></b> Bakı şəhərinin Səbail rayonu ərazisində sərnişin avtobusunda qadının xeyli miqdarda pulunu oğurlayıblar.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüstəmova Şəbnəm Oqtay qızı bununla bağlı şikayət ərizəsi yazıb. Qadın bildirib ki, 65 saylı marşrut avtobusundan Murtuza Muxtarov küçəsi 10 ünvanının qarşısında düşərkən naməlum şəxs onun çantasından 1600 manat pulu və sənədləri oğurlayıb.
 
Hazırda müraciət əsasında əməliyyat-axtarış tədbirləri aparılır.
 





01.05.2013    çap et  çap et