525.Az

Dünyanın ən təhlükəsiz ölkəsi


 

Dünyanın ən təhlükəsiz ölkəsi <b style="color:red"></b>

Ümumdünya İqtisadi Forumunun (ÜİF) ekspertləri bu qənaətə gəliblər.

136 göstəricidən ibarət reytinq cədvəlində Finlandiya birinci yerdədir.

Xatırladıq ki, 2016-cı ilin oktyabr ayında dərc edilmiş analoji siyahıda da bu dövlət liderlik edirdi.

Siyahıda ikinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), üçüncü yerdə isə İslandiya qərarlaşıb. Reytinqin ilk onluğunda sonrakı yerləri Oman, Honkonq (Çin Xalq Respublikasının xüsusi rayonu), Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər dövlətləri tutur.

Reytinq tərtib edilərkən hər bir ölkədə cinayətkarlıq və terrorizm sarıdan vəziyyət, habelə hərbi münaqişələr kimi göstəricilər də nəzərə alınır.

ÜİF aprelin 13-də Kolumbiyanı dünyada ən təhlükəli dövlət hesab edib.

Ümumdünya İqtisadi Forumu - İsveçrədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. ÜİF hər il Davosda keçirilən görüşlərlə daha çox məşhurlaşıb. Həmin görüşlərdə beynəlxalq problemlər müzakirə edilir. Dünyanın müxtəlif ölkələrindən olan minə yaxın iri təşkilat ÜİF-in üzvləridir.

AzərTAc

 





14.04.2017    çap et  çap et