525.Az

Havanın temperaturu 33 dərəcəyə çatacaq


 

Havanın temperaturu 33 dərəcəyə çatacaq<b style="color:red"></b>

Mayın 2-3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 10-14, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında mayın 2-3-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

 





01.05.2013    çap et  çap et