525.Az

Qəza yerinə köməyə gələnlər öldü


 

Qəza yerinə köməyə gələnlər öldü<b style="color:red"></b>

Aprelin 30-da saat 22.30 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində dəhşətli yol qəzası baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayon sakini Nurəddin Əlimuradovun idarə etdiyi "Hyundai" markalı və Sumqayıt şəhər sakini Elton Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Bununla əlaqədar kömək məqsədi ilə oraya gəlmiş Mollakamallı kənd sakinləri Sahib Orucov, Nicat Babayev və Hüseynağa Hüseynov bu zaman hadisə yerindən keçən Bakı şəhər sakini Mehman Quliyevin idarə etdiyi "Toyota" markalı avtomaşınla vurulub.
 
Nəticədə H.Hüseynov və N.Babayev hadisə yerində ölüb, S.Orucov isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

 





01.05.2013    çap et  çap et