525.Az

Metrodan Rəsulzadənin portreti götürülməyəcək


 

Metrodan Rəsulzadənin portreti götürülməyəcək <b style="color:red"></b>

Bir sıra KİV-də Bakı metrosunun “28 may” stansiyasında M.Ə.Rəsulzadənin şəklinin kartonla örtülməsi və eyni zamanda divarlardakı bayraq, gerb və digər atributların dağıdılması ilə bağlı xəbərlər yayılıb. Metropolitenin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında Rəsulzadəyə qarşı hörmətsizlikdən söhbət belə gedə bilməyəcəyini vurğulayıb.

“Hazırda həmin stansiyada təmir işləri gedir. Üstü tozlanmasın deyə, Rəsulzadənin portretinin üstü örtülüb. Onun portreti niyə götürülməlidir ki? Təmirdən sonra portret yerində qalacaq”, - deyə E. Muradov əlavə edib.

 





01.05.2013    çap et  çap et