525.Az

Nəzakət Teymurova tələbələri ilə birlikdə konsert verəcək


 

Nəzakət Teymurova tələbələri ilə birlikdə konsert verəcək<b style="color:red"></b>

Mayın 6-da, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın rəhbərliyi ilə tələbələrinin solo konserti keçiriləcək.

Xanəndənin 525.az-a verdiyi məlumata görə, konsert Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Konsert haqqında açıqlama verən Nəzakət Teymurova bu konsertə uzun müddət hazırlaşdıqlarını və repertuara o qədər də çox oxunmayan muğamları, təsnifləri daxil etdiyini deyib: “Əvvəlcədən onu deyim ki, bu konsertdə çıxış edəcək tələbələrim arasında səhnədə artıq tanınan, uğur əldə edən, istedadlı  tələbələrimlə yanaşı, keçid dövründə səsində dəyişiklik olanlar, o qədər də geniş səs imkanları olmayanlar da var. Mən sadəcə müəllim olaraq öz borcumu yerinə yetirirəm. Onlara dəstək olmağa çalışıram, istəyirəm ki, böyük səhnədə ifa etməyin sevincini yaşasınlar”.

Konsertdə Vüsalə Musayeva, Gülnar İsayeva, Gültəkin Məmmədova, Zeyqəm Əhmədov, Əhəd Yaqub, Nuranə Şıxəliyeva, Elmir Əsgərov, Ruhanə Aslanlı, Kəmalə Nəsibova, Maqsud Cəmilov, Zəranə Yusifova və Ülvi Yunisli  Nəzakət Teymurova ilə eyni səhnəni paylaşacaqlar. İfaçıları səhnədə Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyilə “Xarı bülbül” ansamblı müşaiyət edəcək.

 GÜNEL

 





01.05.2013    çap et  çap et