525.Az

"Mübariz" filminin tizeri media nümayəndələrinə təqdim edildi


 

"Mübariz" filminin tizeri media nümayəndələrinə təqdim edildi<b style="color:red"></b>

Bu gün Bakıda milli qəhrəman, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri media nümayəndələrinə təqdim edilib.

Keçirilən mətbuat konfransında məlumat verilib ki, ekran əsəri Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda “İst Film” çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib.

İST Filmin mətbuat katibi Babək Həsənzadə bildirib: "Filmin çəkilişlərinə 2011-ci ildən başlamağı planlaşdırmışdıq. Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində filmin çəkilişləri gecikdi. Lakin hazırda işlər davam etdirilir. Film, həmçinin türk dünyası tərəfindən rəğbətlə qarşılanıb. Filmin tizer treyleri Ermənistanda böyük əks-sədaya səbəb olub. Bunu sosial şəbəkələrdə Ermənistandan gələn şərhlər sübut edir. Filmin tizer treylerinin Ermənistanda görünməsi üçün sosial şəbəkələrdə xüsusi kampaniya başlanılıb. Problem olmasa, film Azərbaycanda da çəkiləcək. Filmin 6 rejissor tərəfindən çəkilməsi planlaşdırılır. Rejissor və aktyorların seçilməsi barədə son qərarı İST Media şirkəti verəcək".

B.Həsənzadə qeyd edib ki, film türk dilində çəkiləcək. Fransa, Macarıstan və digər Avropa ölkələrində nümayiş olunacaq. "Mübariz" filminin İranda da nümayiş olunması planlaşdırılır.

Filmin Azərbaycandan olan ssenaristi Rəşad Süleymanoğlu deyib ki, şəhid Mübariz İbrahimovla bağlı film çəkmək bizim üçün böyük şərəfdir. Azərbaycanın qüdrətli Ordusu sübüt edib ki, bizim "Mübariz" kimi mərd, şücaətli övladlarımız var. Aprel döyüşləri bunun əyani sübütudur. Mübariz kimi qəhrəmanlar heç vaxt unudulmur, bundan sonra da udulmayacaq.

R.Dadaşov həmçinin qeyd edib ki, Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İst Film” yaradıcı qrupu və digər ssenarist Bakiya gələcək.

 





18.04.2017    çap et  çap et