525.Az

İTV-nin yeni rəhbəri TRT-nin baş direktoru ilə görüşüb


 

İTV-nin yeni rəhbəri TRT-nin baş direktoru ilə görüşüb<b style="color:red"></b> “İctimai Teleradio ilə TRT  kanalı arasında əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar var və bundan yararlanmaq lazımdır”.
 
525.az-ın İTV-nin saytına istinadən verdiyi məlumata görə, bu sözləri İctimai Televiziya və Radio Yayımlar Şirkətinin baş direktoru Cəmil Quliyev TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüşündə bildirib. İctimai Teleradioda  keçirilən görüşdə qeyd olunub ki, televiziyalar arasında möhkəm əlaqələr var. Bu əlaqələrin musiqi və film sahəsində də davam etdirilməsi imkanları araşdırılmalıdır. Cəmil Quliyev bildirib ki,  Türkiyə və Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı birgə sənədli filmlərin çəkilməsi  də çox əhəmiyyətlidir. Bu həm də hər iki ölkənin tarixi şəxsiyyətləri ilə bağlı vətəndaşların daha çox məlumatlandırılması baxımından xüsusi önəm daşıyır. TRT-nin baş direktoru İbrahim Şahin isə Cəmil Quliyevi  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru  seçilməsi münasibətiylə təbrik edərək, işlərində uğurlar arzulayıb.  Bildirib ki, TRT- İctimai Televiziya ilə əlaqələrinə hər zaman xüsusi əhəmiyyət verib və bu bundan sonra da davam edəcək. İctimai Teleradio  ilə həyata keçirilən ortaq layihələrdən danışan TRT-nin baş direktoru bildirib ki, "TRT- Avaz"la İctimai Televiziyanın əməkdaşlığı digərlərinə hər zaman örnək kimi təqdim olunur. TRT-nin veb səhifəsində hər zaman Azərbaycanla bağlı xəbərlərə xüsusi əhəmiyyət verildiyini deyən  qonaq bildirib ki,  bu sahədə xəbər mübadiləsinin aparılması da mümkündür. İbrahim Şahin  İctimai Teleradionun baş direktoru Cəmil Quliyevi TRT-nin təşkilatçılığı ilə mayın 13-də keçiriləcək beynəlxalq  film festivalına dəvət edib.
 





01.05.2013    çap et  çap et