525.Az

ABŞ Əfqanıstandakı qoşunlarının çıxarılması üçün Azərbaycanla danışıqlar aparır


 

ABŞ Əfqanıstandakı qoşunlarının çıxarılması üçün Azərbaycanla danışıqlar aparır<b style="color:red"></b> Elmar Məmmədyarov ABŞ-ın nəqliyyat komandanını qəbul edib
 
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə, və nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha inkişaf etdirilməsi yolları müzakirə edilib. 
 
Tərəflər 2014-cü ildə Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində Azərbaycan ərazisindən keçən regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə də fikir mübadiləsi aparıblar.
 





01.05.2013    çap et  çap et