525.Az

Dünya Azərbaycanlıları Assambleyası BMT-də qeydiyyata alındı


 

Dünya Azərbaycanlıları Assambleyası BMT-də qeydiyyata alındı<b style="color:red"></b>

Dünya Azərbaycanlıları Assambleyası (DAA) daha bir uğura imza atıb.

Təşkilatdan verilən məlumata görə, assambleya Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb.

“Bundan sonra Dünya Azərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər.

Bununla assambleya, həmçinin, BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir” - deyə DAA-ya ünvanlanmış məktubda qeyd olunub.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası keçən ilin sentyabrın 6-da Alman Federativ Respublikası məhkəməorqanı və ədliyyə orqanı tərəfindən beynəlxalq ictimai təşkilat olaraq qeydiyyata alınıb. DAA bir neçə gün öncə Avropa İttifaqı və Avropa Parlamentində lobbi qurumu olaraq qəbul edilib, Avropanın mötəbər qurumlarına birbaşa çıxış imkanı əldə edib.

Ceyhun ABASOV

 





19.04.2017    çap et  çap et