525.Az

"Dərs" filmi "Uşaqlar üçün kino" festivalında


 

"Dərs" filmi "Uşaqlar üçün kino" festivalında<b style="color:red"></b>

Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" filmi Rusiyanın 22-ci "Uşaqlar üçün kino" Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC-a bildirilib ki, aprelin 21-dək Samarada keçirilən festivalda filmin quruluşçu rejissoru Rafiq Əliyev iştirak edir.

"Dərs" tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Qeyd edək ki, "Dərs" filmi bir sıra festivallarda iştirak edib və mükafatlarına layiq görülüb. Film, həmçinin 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında nümayiş olunub.

 





19.04.2017    çap et  çap et