525.Az

Təhsil Nazirliyində yeni təyinat


 

Təhsil Nazirliyində yeni təyinat<b style="color:red"></b>

Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, TN-nin Aparat rəhbəri İlham Pirməmmədova yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir.

Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır.

Qeyd edək ki, aprelin 19-da ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Çabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.

 





02.05.2013    çap et  çap et