525.Az

"Nüvə" sözünün özü işğalçıya ciddi mesajdır


 

"ERMƏNİSTAN BİLMƏLİDİR Kİ, ONDA OLAN SİLAHDAN DAHA GÜCLÜSÜ AZƏRBAYCANDA OLACAQ"

"Nüvə" sözünün özü işğalçıya ciddi mesajdır<b style="color:red"></b>

"Nüvə dövlətlərindən hamı qorxur. Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı, Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etmə ehtimalını azaldır".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sölzərinə görə, Amerikanın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarisinin hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı hesabat hazırlamağı tapşırmışdı:

"Hesabatdan çıxan nəticələr dəhşətli olur. Əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüzminlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçilər böyük itkilər verəcəklər. Mənə elə gəlir ki, bu hesabatı indiki prezident Donald Trampın da masasının üzərinə qoyublar".

E.Şahinoğlu qeyd edib ki, bir ara Azərbaycan rəsmiləri belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə nüvə elektrik stansiyasının tikintisi araşdırılmalıdır:
 
"SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub. Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi.

Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var. Nüvə sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar. Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək, nüvə silahı barədə də danışmaq olar. Biz bilmirik ki, Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daima diqqətdə saxlamalıyıq. Düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır".

Ceyhun ABASOV

 





20.04.2017    çap et  çap et