525.Az

Türkiyədə yeni futbol mövsümü nə vaxt başlayır?


 

Türkiyədə yeni futbol mövsümü nə vaxt başlayır?<b style="color:red"></b>

Türkiyədə 2017/2018 futbol mövsümünün başlama vaxtı məlum olub.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, superliqa avqustun 11-də, 2-ci və 3-lü liqanın oyunları isə avqustun 26-27-də  start götürəcək.

Bundan başqa, federasiya Türkiyə superkubokunun da vaxtını açıqlayıb. Superliqanın qalibi və Türkiyə kubokunu qazanan komandalar arasında  görüş avqustun 6-da keçiriləcək.

Superkubokun harada oynanılması və superliqanın tam təqvimi qarşıdakı həftələrdə açıqlanacaq.

 





20.04.2017    çap et  çap et