525.Az

Əli Həsənov: “Bu, ədalətsizlik olardı”


 

Əli Həsənov: “Bu, ədalətsizlik olardı”<b style="color:red"></b>

“Hər il olduğu kimi, bu il də BMT-nin qərarı ilə dünyada qeyd olunan 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycandan da yan keçmir. Azərbaycan da öz media təmsilçiləri ilə birlikdə bu tədbiri qeyd edir”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda artıq beynəlxalq dəyərə çevrilən söz, mətbuat, məlumat azadlığı şəraitini təhlil edilir: “Mövcud vəziyyəti dəyərləndiririk, qarşıda duran vəzifələri və problemləri müəyyən edirik, bu xətt üzrə gələcək inkişafımızı təmin edirik. Bilirsiniz ki, Azərbaycan dövlətinin müstəqillik tarixi 1991-ci ildən başlayır. Ötən 20 ildən çox müstəqillik dövründə biz bir çox sahələrdə inkişafının əsasını qoymuşuq və bu bünövrə üzərində inkişaf edirik. Bu məsələlərdən biri də demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizm zəminində media, mətbuat və informasiya azadlığının təminatıdır. Hər üç fəaliyyət bir-biri ilə bağlıdır. Demokratik ölkə mütləq şəkildə bu dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir. Yəni bu dövlətin tərkibində mütləq şəkildə hakimiyyət uğrunda yarış institutları və siyasi partiyalar, vətəndaş təşəbbüslərini həyata keçirən QHT-lər, cəmiyyət həyatında gedən bütün prosesləri azad şəkildə müzakirəyə aparan media, elektron KİV, azad internet mövcud olmalıdır. İnsanlar gördüklərini və düşündüklərini bir-biri ilə paylaşmalı, hakimiyyət institutlarını və onların opponentləri olan müxalif institutların fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalı və seçiciləri hakimiyyət mandatının formalaşmasına istiqamətləndirməlidirlər. Bütövlükdə medianın vəzifəsi bunlardır və vətəndaş cəmiyyətinin məzmunu budur. Demokratik dövlət prosesinin məğzi də belədir”.
 
Ə.Həsənovun fikrincə, demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır, QHT-lər, siyasi partiyalar və mətbuat orqanları bu formalaşma prosesində vasitəçi rolunda iştirak edirlər: “Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən və dövlətin gördüyü siyasəti insanlara çatdıran, insanların bu siyasətlə bağlı münasibətini ortaya qoyan media institutu mövcuddur. Bu institutların hamısının fəaliyyəti bütövlükdə vətəndaş cəmiyyəti quruculuğunu ehtiva edir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna 1992-ci ildən başlanıb. 1995-ci ildə isə Azərbaycan Konstitusiyasına salınıb və 1995-ci ildən başlayaraq indiyə qədər bu inkişafımızı davamlı olaraq yüksələn xətlə həyata keçiririk”.
 
Azərbaycanda senzuranın 1998-ci ilin avqustun 6-da Heydər Əliyevin fərmanı ilə ləğv olunmasını xatırladan PA rəsmisi bunu milli mətbuat tarixinə qızıl həriflərlə yazılmış hadisə kimi dəyərləndirib: “Bu hadisə Azərbaycan mediasının gələcək inkişafının əsasında dayanır. Həmin fərmanda sözün həqiqi mənasında demokratik dünya ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş və sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi və jurnalist fəaliyyətini demokratik tənzimlənməsi məsələləri öz əksini tapıb. O dövrdən başlayaraq media azadlığı və siyasi plüralizm Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet vəzifəsi kimi ortaya qoyulub. Bu vəzifə də dönmədən həyata keçirilir. 1998-ci ildən bu günə qədər düşünsək ki, media sahəsində bütün problemlər həll olunub, biz tam şəffaf və problemsiz media mühiti yaratmışıq, bu ədalətsizlik olardı”.

 





02.05.2013    çap et  çap et