525.Az

Azərbaycan rusiyalı turistlər üçün ən populyar istiqamətlər sırasında


 

Azərbaycan rusiyalı turistlər üçün ən populyar istiqamətlər sırasında<b style="color:red"></b>

Azərbaycan rusiyalı turistlərin ən populyar istirahət istiqamətlərindən birinə çevrilir.

"Report"un xəbərinə görə, bu barədə Rusiyanın "Prohotel" mehmanxana biznesi portalı məlumat yayıb.

Rusiyanın "Da Travel" sərbəst səyahətlər onlayn-hipermarketinin nümayəndəsi Svetlana Baranova deyib ki, Cənubi Qafqaz ölkələrinə bu il maraq xeyli artıb.

"Mayın ilk günləri üçün Azərbaycan, Ermənistan, Gürcüstan kimi MDB ölkələrinə istirahət üçün müraciət edənlərin sayında xeyli artım müşahidə edirik. Belə ki, bu ilin birinci rübündə satılmış biletlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə üç dəfə yüksəlib. Eyni zamanda sərbəst səyahət edən turistlərin Portuqaliya, Türkiyə və Azərbaycana səfərlərinin sayı təqribən 2 dəfə çoxalıb", - o söyləyib.

Rusiyalı turistlərin Avropada istirahət üçün üstünlük verdikləri istiqamətlər sırasına isə İspaniya, İtaliya və Çexiya daha çox populyarlıq qazanıb.

Ümumilikdə, turistlərin təqribən 70%-i rəsmi məzuniyyətlərini ölkə xaricində keçirməyi planlaşdırır. Səyahətçilərin cəmi 30%-i Rusiyanın şəhərlərinə üstünlük verir. Yuxarıda qeyd edilən üç ölkədən sonra Türkiyə və Almaniyaya bilet satışında artım müşahidə olunur.

Qeyd edək ki, rusiyalı turistlər may ayı tətillərini Belçika, Avstriya, Belarus, Misir kimi ölkələrdə keçirməyə də maraq göstərirlər.

 





20.04.2017    çap et  çap et