525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Mayın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısı şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında da mayın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir
 
Ölkə ərazisində mayın 5-dək gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





02.05.2013    çap et  çap et