525.Az

Məşhur amerikalı müğənni öldü


 

Məşhur amerikalı müğənni öldü<b style="color:red"></b> Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib.
 
Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.
 
Qeyd edək ki, ABŞ-ın Main Ingredient qrupu ötən əsrin 70-ci illərində məşhurlaşıb. 1972-ci ildə Kyuba Qudinq bu kollektivin ən məşhur Everybody Plays the Fool mahnısını ifa edib. Bu mahnı mötəbər “Grammy” musiqi mükafatının nominantı olub.
 
Kyuba Qudinq Hollivud aktyoru, Oskar mükafatı laureatı kiçik Kyuba Qudinqin atasıdır.
 





21.04.2017    çap et  çap et