525.Az

“Avropa İttifaqı ilə dialoq prioritet sahələrdəndir”


 

“Avropa İttifaqı ilə dialoq prioritet sahələrdəndir”<b style="color:red"></b> “Azərbaycan prezidentinin  bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sənədi üzrə danışıqlara rəsmi start verilib. Biz Avropa İttifaqı ilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və s. sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıyıq”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova “Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminarda çıxışı zamanı deyib.
 
O bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini də gücləndirəcək. A. Yaqubova qeyd edib ki, bu proqram Avropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli  platformalardan biridir: “Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir. “Şərq tərəfdaşlığı”nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir”.
 





21.04.2017    çap et  çap et