525.Az

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri aprelin 27-də görüşə bilərlə


 

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri aprelin 27-də görüşə bilərlə<b style="color:red"></b> Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
 
Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
 
Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
 
Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay APA-ya müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.
 





21.04.2017    çap et  çap et