525.Az

Milli Şura mitinqi təxirə saldı


 

Milli Şura mitinqi təxirə saldı<b style="color:red"></b> Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.
 
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib. 
 
Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. BŞİH aprelin 19-da müraciəti cavablandıraraq, aksiyanın keçirilməsinə razılıq verib.
 





21.04.2017    çap et  çap et