525.Az

“Yazıçı”nın yeni sayı “Kitabi-Dədə Qorqud”a həsr edildi


 

“Yazıçı”nın yeni sayı “Kitabi-Dədə Qorqud”a həsr edildi<b style="color:red"></b>

“Oğuz eli” qəzetinin ayrıca buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın aprel sayının mövzusu “Kitabi-Dədə Qorqud”dur.

Tanınmış ədibimiz Azər Abdullanın baş redaktorluğu ilə hazırlanan nəşrin bu sayı Xalq yazıçısı Anarın “Dədə Qorqud dünyası” adlı araşdırmasıyla açılır. Görkəmli türkoloq Tofiq Hacıyevin dastanla bağlı tədqiqat əsərindən seçmələrin ardınca qorqudşünas Şamil Cəmşidovun “Dədə Qorqud”la bağlı mülahizələri və şair Abbas Abdullanın “Dünyaya sorğu” şeiri verilib.

Professor Zemfira Səfərovanın “Həmişəyaşar ənənələr” kitabından seçmələr, Kamil Vəli Nərimanoğlunun, Asif Atanın, Elçin Muxtar Elxanın dastanla bağlı araşdırmaları da bu saydadır. Bəstəkar Cavanşir Quliyevin “Yazışma” məqaləsi və Xalq yazıçısı Mövlud Süleymanlının “Onda ki, insan ruh idi” misrasıyla başlayan şeiri dərginin növbəti səhifələrində öz əksini tapıb. Professor Yaqub Mahmudov “Dədə Qorqud kitabı-xalqın yaratdığı və yaşandığı tarix”dən, Fariz Mustafa “Dədə Qorqud - Bayındırlı mədəniyyətinin açarı”ndan bəhs edir.. Akademik Kamal Abdullanın “Mifoloji dansöküləndə baş verənlər” məqaləsini Xalq rəssamı Toğrul Nərimanbəyovun “Dədə Qorqud” motivləri izləyir.

Xalq şairi Zəlimxan Yaqubun “Saz”ından seçmələr, Elxan Zalın, Vəli Xramçaylının, Nuranə Nurun, İsmayıl Öməroğlunun şeirləri də oxuculara təqdim edilib.

Professorlar Qəzənfər Paşayevin, Elməddin Əlibəyzadənin, Bəhlul Abdullanın, Nüşabə Araslının, Aynur Məmmədovanın, eləcə də Ayşə Nəbi, Xanəmir Telmanoğlu, Azər Abdulla, İşıqlı Ata, Əjdər Fərzəli, Kərəm Məmmədov,  Ramil Quliyev, Nizami Xəlilov, Seyran Əliyev, Ələkbər Bayramov, Eldar Piriyev, Məsumə Məlikova, Hüseyn İsmayılov və başqalarının “Dədə Qorqud”la bağlı fikirlərinə də bu sayda yer ayrılıb.

ŞAHANƏ

 





22.04.2017    çap et  çap et