525.Az

Frankofoniya günlərinə yekun vuruldu


 

Frankofoniya günlərinə yekun vuruldu<b style="color:red"></b>

Bakıda keçirilən Frankofoniya günlərinin başa çatması ilə əlaqədar qastronomiya tədbiri keçirilib.

APA-nın məlumatına görə, bununlaəlaqədar Frankofoniya həftələrində iştirak edən və Beynəlxalq Frankofoniya təşkilatının üzvləri olan Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrə öz milli mətbəxlərini nümayiş etdiriblər.
 
Tədbirin açılış mərasimində çıxış edən Frankofoniya günlərinin təşkilatçısı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez aprelin 1-dən bu günədək 30 tədbirin keçirildiyini qeyd edib. O, 10 ölkəyə bu tədbirlərdə iştirak etdiyi üçün təşəkkür edib.
 
Daha sonra digər iştirakçı ölkələrin səfirləri Frankofoniya günlərində iştirakları ilə bağlı çıxış edib və hər kəsi milli mətbəx nümunələrindən dadmağa çağırıblar.

Sonda tədbir çərçivəsində keçirlmiş müsabiqə və viktorinaların iştirakçıları mükafatlandırılıb və fransızdilli qrupların konsert proqramı təşkil olunub.

 





22.04.2017    çap et  çap et