525.Az

BMT baş katibi Bəşər Əsədi təbrik etdi


 

BMT baş katibi Bəşər Əsədi təbrik etdi<b style="color:red"></b> BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.
 
APA-nın məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.
 
BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının  qorunmasına  töhfə verəcəyinə ümid edir.
 
Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib.
 





23.04.2017    çap et  çap et