525.Az

Messi 500-ə çatdı


 

Messi 500-ə çatdı<b style="color:red"></b>

İspaniya La Liqasının 32-ci turunda “Real”la qarşılaşma (2:3) “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Qol.az-ın xəbərinə görə, görüşdə dubl edən argentinalı hücumçu Kataloniya klubundakı qol sayını 500-ə çatdırıb.

Qeyd edək ki, Messi  La Liqada 343, Çempionlar Liqasında 94, İspaniya kubokunda 43, İspaniya super kubokunda 12, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda isə 3 dəfə fərqlənib. O, bu qolları 577 oyuna vurub.

 





24.04.2017    çap et  çap et