525.Az

İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda məntəqələr açılacaq


 

İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda məntəqələr açılacaq<b style="color:red"></b> Mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində, həmçinin Naxçıvandakı baş konsulluqda səsvermə məntəqələri açılacaq.
 
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məntəqələr səhər saat 8.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.
 
Məlumatda bildirilir ki, hazırda Bakıda mindən çox İran vətəndaşı yaşayır.
 
İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıya 300-dən çox iranlı idmançı, həmçinin çoxsaylı turistlərin gəlməsi gözlənilir. Onlar da seçki günü səs verə biləcəklər.
 





24.04.2017    çap et  çap et