525.Az

Neft ixrac edən ölkələrin hərbi xərcləri azalıb


 

Neft ixrac edən ölkələrin hərbi xərcləri azalıb<b style="color:red"></b> "2016-cı ildə ABŞ və Avropa ölkələrində hərbi xərclər artıb, neft ixrac edən ölkələrində isə azalıb".
 
APA-nın məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SİPRİ) illik hesabatında deyilir.
 
Tədqiqata əsasən ümumilikdə 2016-cı ildə hərbi xərclər 2015-ci illə müqayisədə 0,4 faiz artaraq 1 trilyon 686 milyard dollar təşkil edib. ABŞ-ın hərbi xərcləri son beş ildə ilk dəfə 1,7% artıb. Hərbi xərclərə görə ölkələrin reytinqinə də ABŞ başçılıq edir. Rəsmi Vaşinqton ötən il hərbi məqsədlərə 611 milyard dollar xərcləyib. İkinci yerdə 5,4% artımla (215 milyard dollar) Çin, üçüncü sırada isə 5,9% artımla (69,2 milyard dollar)  Rusiya qərarlaşıb.
 
Səudiyyə Ərəbistanı 30% kəskin azalma ilə (63,7 milyard dollar) dördüncü, Hindistan isə 8,5% artımla (55,9 milyard dollar) beşinci yerdədir.
 
Avropa ölkələrində ardıcıl ikinci ildir ki, artım müşahidə olunur. Bu siyahıya 11% artımla İtaliya başçılıq edir. Neft ixrac edən ölkələr arasında 2016-cı ildə hərbi xərcləri kəskin azaldan ölkələr sıralamasında Azərbaycan ilk üçlüyə daxil olub. Belə ki, 2016-cı ildə Venesuela hərbi xərcləri 56%, Cənubi Sudan 54%, Azərbaycan isə 36% azaldıb. Dördüncü və beşinci yerlərdə İraq (36%) və Səudiyyə Ərəbistanı (30%) qərarlaşıb.
 





24.04.2017    çap et  çap et