525.Az

Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzadır


 

Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzadır<b style="color:red"></b> Türkiyə hökuməti Rusiya vətəndaşları üçün vizasız ölkədə qalmaq üçün maksimum müddəti 60 gündən 90 günə kimi uzadır.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada jurnalistlərə açıqlamasında deyib.
 
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında vizasız rejim birtərəflidir. Rusiya 2016-cı ilin bir yanvarından münasibətlərdəki böhran səbəbi ilə Türkiyə ilə viza rejimini bərpa edib.
 





24.04.2017    çap et  çap et