525.Az

Tanınmış müğənnilər Ayana dəstək üçün oxuyacaq


 

Tanınmış müğənnilər Ayana dəstək üçün oxuyacaq<b style="color:red"></b>

Tanınmış müğənnilər yeddi yaşlı Beyləqan sakini Ayanın ayağa qalxması üçün aprelin 29-da bir araya gələcək. Saat 15:00-da Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda təşkil olunacaq xeyriyyə konsertinin keçirilməsində məqsəd balaca Ayanın əməliyyat olunmasına maddi yardım göstərməkdir.

AzərTAc xəbər verir ki, “Ayana dəstək” adlı xeyriyyə konsertində Əməkdar Artist İlqar Muradov, tanınmış estrada müğənnisi Günay İbrahimli, Sevil və Sevinc bacıları, Çinarə Məlikzadə və digər müğənnilər iştirak edəcək.

Xeyriyyə konserti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçiriləcək. Konsertdə iştirak etmək üçün biletləri şəhərin bütün mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10 və 15 AZN təşkil edir.

Qeyd edək ki, Həsənalıyeva Ayan Ramil qızı “Dəqiqləşdirilməmiş gənclik artriti” xəstəliyindən əziyyət çəkir.

 





24.04.2017    çap et  çap et