525.Az

Millət vəkilləri Yevlax Mərkəzi Rayon Xəstəxanasında


 

Millət vəkilləri Yevlax Mərkəzi Rayon Xəstəxanasında <b style="color:red"></b> Milli Məclisin Səhiyyə və İqtisadi siyasət komitələrinin üzvləri icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olmaq üçün Yevlax rayonuna səfər ediblər.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Yevlax Mərkəzi Rayon Xəstəxanasında olan MM üzvləri xəstəxanada yaradılan şəraitlə tanış olublar. Nümayəndə heyəti xəstəxanada layihə çərçivəsində yaradılan laboratoriyaya baxış keçiriblər. Onlara xidmətlərin fasiləsiz və yüksək səviyyədə həyata keçirildiyi bildirilib.
 
Daha sonra MM üzvləri təcili təxirəsalınmaz tibbi yardım xidmətində tətbiq olunan yeniliklərlə tanış olub, yeni təcili tibbi yardım avtomobillərinə baxış keçiriblər.
 





24.04.2017    çap et  çap et